Otelin foyesində yerləşən Firuza bar bütün zövqlərə görə spirtli, alkoqolsuz, isti və soyuq içkilər təklif edir. Saat 09: 00-dan 23: 00-dək qonaqlar yerli və Avropa yeməklərindən ləzzət ala bilərlər. Sifarişlər gündə 24 saat qəbul olunur.
Vitamin Bar fitness mərkəzində yerləşir. Naftalan vannaları, fizioterapiya, fitness və SPA qəbul edən insanlara faydalı və vitaminlə zəngin təbii şirələr təqdim edilir.
Axşam saatlarında qonaqlar Paradise Disco Club-da təravətləndirici içkilər və əyləncə proqramından zövq ala bilərlər.
Sapphire restoranında pəhriz yeməkləri daxil olmaqla bufet təklif olunur. Özünə qulluq etməkdə çətinlik çəkən insanlara yemək xidmətində köməklik göstərilir.
Chinar Hotel & SPA otelində fəaliyyət göstərən restoran və barlar sizə yerli və xarici mətbəxlərin təamlarını, sərinləşdirici içkiləri peşəkar xidmət göstərərək təqdim edir. Axşam saatlarında isə canlı musiqi və əyləncələr sizə darıxmağa imkan verməyəcək.