Qonaqlarımızın və həmkarlarımızın sağlamlığı bizim üçün ən yüksək prioritetdir.
Coronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması üçün Birləşmiş Millətlər Dünya Turizm
Təşkilatının, Avropa Hotel, Restoran, Kafe və Barlar Assosiasiyasının təcrübə və tövsiyələrinə, o
cümlədən Azərbaycan Respublikasının ərazisində qüvvədə olan müvafiq metodiki göstərişlərə riayət
etməyə davam edirik.
Qonaqlar və sakinlər üçün mümkün olan ən təhlükəsiz mühitin təmin edilməsi üçün otelimiz geniş
ehtiyat tədbirləri görür. Bu tədbirlərə daxildir:
• Otel sahələrinin hər birində dərin təmizlik və dezinfeksiya işləri gücləndirilmişdir. Yataq otaqları,
kommunal sahələr, iclas və yığıncaq otaqları, işçi sahələri, həmçinin nəqliyyat vasitələr belə dezinfeksiya
edilmişdir.
• Lift, gözləmə zalları və xidmətə aid olan bütün sahələrdə sosial məsafənin qorunması və birbaşa
əlaqələrin minimuma endirilərək kontaktsız xidmətin maksimuma qaldırılması üzərində davamlı işlər
aparılır.
• Otelin müxtəlif ərazilərində və otaqların içərisində qonaqların fərdi olaraq istifadə edə bilmələri üçün
dezinfeksiya dispenserləri, birdəfəlik əlcək, maska və digər qoruyucu vasitələr yerləşdirilmişdir.
Gələcək rezervasiyalarınız ilə bağlı əlavə suallarınız üçün birbaşa otel ilə əlaqə saxlamağınızı xahiş edirik.
Rezervasiyanız dəyərli səyahət tərəfdaşlarımızın köməkliyi ilə edilən zaman birbaşa onlarla əlaqə
saxlayın. Qrup qonaqları üçün, tədbirin təşkilatçısı ilə əlaqə saxlamağınızı xahiş edirik.

Xüsusi karantin rejiminə əsasən, bu oteldəki bəzi xidmətlər fəaliyyət göstərmir. Zəhmət olmasa, aşağıdakı

siyahıya baxın:

• Uşaq otağı

• Stolüstü hokkey

• Əyləncə mərkəzi, boulinq

• Biliyard

• Cinema

• Oyun avtomatları