OTAQ

SEÇ

Psoriaz - Pullu Dəmrov

Psoriaz - Pullu Dəmrov

Pullu Dəmrov və ya psoriaz dərinin xroniki, autoimmun, qaşıntılı, qızartılı və qabıqlı səpkiləriylə özünü göstərən yoluxucu olmayan xəstəliyidir.

Dəri insanda var olan ən böyük orqandır. Bu orqan üç qatdan təşkil olunmuşdur.
1. En üstdə epidermis. 2. Ortada dermis. 3. Ən altda piy qatı.
Pullu Dəmrov xəstələrində patoloji hadisələr epidermis və dermis qatında ortaya çıxır. PULLU DƏMROV xəstələrində anadan gəlmə var olan genetik pozuntular və ətraf mühütün mənfi təsiri nəticəsində epidermis və dermisdəki patoloji proseslər tətiklənərək Pullu dəmrov səpkilərini meydana gətirir. Dermisdə ortaya çıxan mürəkkəb autoimmun iltihabi reaksiya nəticəsində səpkilərin əsasını təşkil edən damarlarda genişlənmə və epidermisdə qalınlaşma meydana gəlir. Pullu dəmrov səpkilərinin qalın, qabıqlı olması epidermisin normadan artıq çoxlaması ilə, qırmızı olması isə dermisdəki damarların artması və genişlənməsi ilə əlaqəlidir. Müasir tibb Pullu Dəmrov xəstəliyinin əmələ gəlməsini tam mükəmməl öyrənə bilməsə də xəstəliyin ortaya çıxmasında bir çox amillər artıq tapılmışdır. Məhz bu amillərə istinad edərək ixtira edilən dərmanlar vasitəsiylə Pullu Dəmrov xəstəliyini uzun müddətli remisyaya salmaq mümkündür. Əgər verilən dərmanlardan sonra xəstələrin səpkilərində nəzərə çarapacaq dərəcədə azalma olursa və xəstə bundan məmnun qalabilirsə, demək Pullu Dəmrov müalicə olunan bir xəstəlikdir. Hal-hazırda bütün dünyada yerli və sistemik Pullu Dəmrov əleyhinə dərmanlar uğurla istifadə olunur.

Pullu Dəmrov diaqnozunu klinik müayinələr və xəstəlik anamnezi vasitəsiylə qoymaq mümkündür. Fəqət dəri biyopsiyası vasitəsiylə Pullu Dəmrova daha dəqiq diaqnoz qoymaq mümkündür. Dəri biyopsiyası dəri səpkilərindən bir parça toxumanın histopatoloji analiz üçün cərrahi yolla əldə edilməsidir. Histopatoloji analiz zamanı dəridəki patoloji dəyişikliklər toxuma səviyyəsində təhlil edilir, xarakteri müəyyənləşdirilir və həkimə məlumat verilir. Verilən məlumatlar əsasında xəstəyə həkimi tərəfindən son diaqnoz qoyulur. Dəri biyopsiyasının alınmasında əsas məqsəd ilkin diaqnozun dəqiqləşdirilməsidir. Bəzi dəri xəstəlikləri vardır ki, onları klinik olarak və ya çılpaq gözlə tanımaq mümkün deyildir. Bir çox dəri xəstəlikləri klinik olaraq bir-birinə bənzədiyi məlumdur. Bu səbəblə diaqnozu dəqiqləşdirmək naminə Dermatoveneroloqlar tərəfindən dəri biyopsiyasına tez-tez müraciət olunur. Aşağıdakı fotoda dəridən shave və ya təraş üsulu ilə biyopsiya alınmasını görəbilərik. Dəri biyopsiləri tamamilə ağrısız və təhlükəsiz şəraitdə yerli keyitmə üsulu ilə Dermatoveneroloq tərəfindən icra olunur. Bu səbədən xəstələr bilməlidirlər ki, həkimi tərəfindən məsləhət edilən dəri biyopsiləri xəstəliklərinin adını dəqiqləşdirmək üçündür. Diaqnozu dəqiq olan xəstənin, müalicəsi də uğurlu olacağı yəqindir.

Pullu Dəmrovun müalicəsində iki istiqamət vardır:
1. Lokal terapiya: 2. Sistemik terapiya Pullu Dəmrov -un lokal terapiyasında istifadə olunan dərmanlar bir baş səpkilərin üzərinə tətbiq olunur. Lokal terapiyaya müxtəlif kremlər, işıq şüaları və lazerlər daxildir. Lokal terapiyada vena daxili və ağız yolu ilə dərmanlar qəbul olunmur. Bu səbəblə, bu terapiya növü sistemik terapiyadan fərqli olaraq daha təhlükəsizdir. Lokal terapiya zəif və orta ağırlıqlı Pullu Dəmrov -un müalicəsində uğurla istifadə olunur. Lokal terapiya daha ağır Pullu Dəmrov formalarında ya tək başına, ya da sistemik terapiya ilə bərabər istifadə oluna bilər. Lokal terapiya sistemik terapiyadan daha az təhlükəli olmasında baxmayaraq, ciddi lokal yan təsirləri görülür. Bu səbəblə PULLU DƏMROV-un lokal terapiyasında istifadə olunan dərmanlar özbaşına, Dermatoveneroloq məsləhəti olmadan istifadə etmək olmaz. Aşağıda Pullu Dəmrovun lokal terapiyasında istifadə olunan vasitələr haqqında qısa məlumat əldə edə bilərsiniz. 1. Emolientlər Pullu Dəmrovun lokal terapiyasında (LT) emolientlərə yəni nəmləndiricilərə geniş yer verilir. Nəmləndirici kremlər səpkilərin yumşaması və qaşıntının azalması üçün faydalıdır. Nəmləndirici kremlər sadəcə residiv dönəmlərində deyil eyni zamanda remisya dönəmlərində də istifadə edilməlidir. Nəmləndiricilər vanna qəbulundan və əl-üz yıxamalarından sonra xüsusən tətbiq edilməlidir. Pullu Dəmrov xəstələri nəmləndiricilərin tətbiqini həyat tərzinə cevirməlidirlər və həyatı boyunca istifadə etməlidirlər. Emolientlərin ciddi yan təsirləri yoxdur.
2. Kortikosteroidlər Pullu Dəmrovun LT-da hormonal preparatlar olaraq tanıdığımız kortikosteroid (KS) kremlərdən də istifadə olunur. KS kremlər səpkilərin əmələ gəlməsinə səbəb olan immun mexanizmləri yatırmaqla terapevtik təsirini göstərir. KS kremləri 2 m² sahəsi olan bütün dəriyə tədbiq olunarsa dəridən sorulma nəticəsində qana keçərək sistemik yan təsirlərə səbəb ola bilər. Uşaq Pullu Dəmrov xəstələrində bu yan təsir daha ciddidir. KS kremlərinin təsir gücünə görə müxtəlif növləri vardır. Hər birinin dəridə özünəməxsus tətbiq edildiyi anatomik regionlar vardır. Bu səbəblə KS kremlərini tanımadan, Dermatoveneroloq rəyi olmadan özbaşına istifadəsi dəridə strialar yəni atrofik çatların əmələ gəlməsinə səbəb ola bilər. Ona görə, Pullu Dəmrov xəstələri KS kremlərini mütəxsis məsləhətindən sonra tətbiq etməlidir. 3. Antralin Pullu Dəmrovun LT-da antralindən vəya ditranoldan də istifadə olunur. Antralin 20-ci əsrin əvvəllərindən istifadəsinə başlanılmışdır. Psoriaz əleyhinə təsir mexanizmi tam bilinməsə də səpkilərin aradan qaldırılmasında faydalı olduğu məlumdur. Antralin tez-tez dəridə lokal reaksiyaların əmələ gəlməsinə səbəb olur. Eyni zamanda dəriyə tətbiq olunandan sonra alt paltarı və dərini boyayır. Bundan başqa, antralinin digər LT vasitələrindən fərqli olaraq effektivliyi daha az olduğu məlum olmuşdur. Ona görə antralin Pullu Dəmrov əleyhinə çox da münasib dərman vasitəsi sayılmır. Antralin şampun və kremlər şəklində istifadə olunur.
4. Qətranağaclardan əldə olunan qatı maddədir. Psoriazın müalicəsində daş kömürdən əldə edilən qətrandan istifadə edilir. Daş kömür qətranı qara, qatı və qoxulu bir maddədir. Bu maddədən hazırlanan sabun, şampun, krem və losyonlar Pullu Dəmrovun müalicəsində istifadə olunur. Amma, daş kömür qətranın pis qoxusundan dolayı, alt paltarı və dərini boyadığı üçün hər xəstədə tətbiq etmək olmur. Fotosensitizasya və dəridə irritan dermatitə səbəb olduğu üçün həkimlər tərəfindən çox da müraciət edilmir. Bəzi elmi araşdırmalarda daş kömür qətranının dəri xərçəngi əmələ gətirmə potensiyal olduğu da göstərilmişdir.

5. Ultrabənövşəyi Şüalar Pullu Dəmrovun LT-da ultrabənövşəyi şüalardan (UB) da istifadə olunur. Psoriaz xəstələrinin bir çoxu yay aylarında səpkilərinin azaldığını ifadə edir. Demək günəş şüaları səpkilərin sağaldıcı təsiri vardır. Günəş işığı spektrumuna daxil olan UB şüaların terapevtik təsiri daha böyükdür. Pullu Dəmrovun müalicəsində UB şüaları radiasya edən xüsusi cihazlardan istifadə olunur. Bu cihazlar vasitəsiylə Pullu Dəmrovun bir çox klinik varyantlarını müalicə etmək mümkündür. UB şüaları ilə aparılan müalicəyə fototerapiya deyilir. Yay aylarında qəbul edilən günəş vannları da fototerapıyadır. Fototerapiya cihazlarında müalicə alabilməyənlər yaz-yay aylarında günəş vannları qəbul etmələri məsləhət edilir.
6. Biologics - Psoriazın müalicəsində yeni dərmanlar. Cimzia (certolizumab pegol), Enbrel (etanercept), Humira (adalimumab), Remicade (infliximab) və Simponi (golimumab) - Tumor necrosis factor-alpha (TNF-alfa) blokatorlardır. Stelara (ustekinumab), Cosentyx (secukinumab) və Taltz (ixekizumab) - interleykin blokatorlardır.

Psoriaz diaqnozu ilə Gashaltı Health Hotel –Naftalan sanatoriyasına daxil olmuş hər bir qonaq Check-Up müayinələrdən keçirilir və aşagıda göstərilən müalicələri alır:
• Qanın ümumi analizi
• Sidiyin ümumi təhlili
• Qanda şəkərin təyini (qlükoza)
• Xolesterin
• ALT
• AST
• Kreatinin
• EKQ müayinəsi
• Tam USM müayinəsi
• Bütün həkimlərin müayinəsi (Terapevt ,Ginekoloq, Uroloq, Diyetoloq, Kardioloq. Nevropatoloq. Dermatoloq, LOR)
Müalicə:
• Naftalan vannası (Əks göstəriş olarsa Yod-Brom vannası)
• Magnitoterapiya
• Ultrason
• Kvars yaxud Darsanval prosedurları vasitəsilə müalicə olunur

1. Stres Pullu Dəmrovu tətikləyir. Pullu Dəmrov xəstələri təbiətən həsas qəlbli olurlar. Bu xüsusiyyət demək olar ki bütün Pullu Dəmrov xəstələrinə xasdır. Bu səbəblə Pullu Dəmrov xəstələri bəsit emosyonal stres faktorundan sonra səpkilərdə artış və Pullu Dəmrovun remisyadan çıxması müşahidə olunur. Ona görə Pullu Dəmrov xəstələri stresli vəziyyətlərdən uzaq qalmalıdırlar. Zaman zaman psixoterapevtik müalicə almalarında fayda vardır. Stres sonrası səpkilərdə artış müşahidə olunarsa mütəxəsisə müraciət edilməsi məsləhət edilir. Cünki, Pullu Dəmrovun şiddətlənməsi xəstələri təkrar stres vəziyyətinə salır ki, bu da xəstəliyin şiddətini daha da yüksəldir.

2. İnfeksiyalar Pullu Dəmrovu tətikləyir. Pullu Dəmrov xəstələri keçirdikləri infeksiyalardan sonra səpkilərində artım müşahidə oluna bilər. En sıx yuxarı tənəffüs yollarının istər bakteriyal istərsə də virus mənşəli infeksiylarından sonra Pullu Dəmrovda artım müşahidə olunur. Fəqət, istənilən növ infeksiyalar xəstəliyi şiddətləndirə bilər. Bu səbəbədən Pullu Dəmrov xəstələri qulaq ağrısı, diş ağrısı, boğaz ağrısı, öskürmə, sidiyə çıxarkən yanma hissi, gecə tərləməsi, halsızlıq və qızdırma kimi ümumi infeksiya əlamətləri müşahidə edərlərsə zaman itirmədən və səpkilər artmadan Dermatoveneroloq mütəxəsisinə müraciət etməlidirlər

3. Dərmanlar Pullu Dəmrovu tətikləyir. Pullu Dəmrovu olan soydaşlarımız başqa xəstəliklər səbəbiylə istifadə etdikəri dərmanlara qarşı diqqətli olmalıdırlar. Cünki, bəzi dərmanlar PULLU DƏMROV səpkilərini artırır və xəstəliyi remisyadan çıxardır. Bu səbəbdən Pullu Dəmrov xəstələri istifadə etdikləri dərmanlarda sonra səpkilərində artma müşahidə edərlərsə o dərmanı qara siyahıya daxil etməli və bir daha istifadə etməməlidirlər. Həkim məsləhəti ilə istifadə olunan dərman başqa bir qrup dərmanlarla əvəz olunmalıdır. Hipertenziya əleyhinə istifadə olunan dərmanlar, bəzi psixiatrik dərmanlar, antibiyotiklər və steroid olmayan ağrıkəsicilər Pullu Dəmrovu şiddətləndirə bilər.

4. Travma Pullu Dəmrovu tətikləyir. Pullu Dəmrovun artmasında başqa bir faktor travmadır. Travma dedikdə əsasən açıq cərrahi, endoskopik, laparaskopik və s kimi müdaxilələr nəzərdə tutulur. Yuxarıda sadalanan müdaxilələrdən sonra Pullu Dəmrov səpkiləri arta bilər. Dar ayaqqabılar və ağır fiziki işlər əl-ayaq psoriaz xəstəliyini tətikləyə bilər. Dəridə hər hansı bir zədələnmə sonrası travmya yerində Pullu Dəmrov səpkilərı yaran bilər. Travma sonrası səpkilər bütün dəriyə yayıla biləcəyini də unutmayaq.

Məlumat mənbəyi www.wikipedia.org