OTAQ

SEÇ

Elektroforez



PROSEDURUN TƏSVİRİ

Elektroforez dərman preparatlarının aşağı gərginlikli və zəif güclü elektrik impulsların təsirinin köməyi ilə orqanizm toxumalarının dərin qatlarına tətbiq edilməsi üsuludur. Elektroforez cərəyan və dərman terapiyasının müalicəvi xüsusiyyətlərini özündə birləşdirir. Həmçinin, müəyyən göstərişlər zamanı elektroforez dərman preparatları istifadə edilmədən də həyata keçirilə bilər.

PROSEDURUN HƏYATA KEÇİRİLMƏ QAYDASI

Elektroforez proseduru xüsusi hidrofil araqatlarına malik lövhəşəkilli elektrodların təsir zonasında bərkidilməsi yolu ilə həyata keçirilir, daha sonra isə zəif gərginlikli elektrik cərəyan verilir.

Dərman elektroforezi zamanı hidrofil araqatları dərman vasitələrini hopdurur.

Daha sonra, zərurət yarandıqda, elektrodlar elastik sarğılar vasitəsilə təsbit edilir. Prosedur zamanı Siz yüngül sancma və ya yandırma hissi keçirə bilərsiniz, bu hisslər tamamilə ağrısızdır və travma vurmur. Prosedur 10-30 dəqiqə davam edir, prosedur sayı, pasiyentlərin göstəricilərinə əsasən, həkim tərəfindən təyin edilir, kursun davam etdiyi orta müddət 10-20 prosedur təşkil edir.

GÖSTƏRİŞLƏR

  • sinir sistemi pozuntuları və xəstəlikləri
  • arterial hipertenziya
  • hipotoniya
  • ürəyin işemik xəstəliyi
  • dayaq-hərəkət aparatı xəstəlikləri (iltihablar, travmalar)
  • xroniki tənəffüs sistemi xəstəlikləri, məsələn, bronxial astma, bronxit
  • aterosklerozun ilkin mərhələsi
  • mədə -bağırsaq yolu, sidik-cinsiyyət sisteminin xroniki xəstəlikləri, ginekoloji xəstəliklər
  • burun-qulaq-boğaz orqanlarının xəstəlikləri

ƏKS GÖSTƏRİŞLƏR

  • istənilən lokalizasiyalı və etiologiyalı şişlər
  • ürək çatışmazlığı;
  • süni ritm idarəsinin (kardiostimulyatorun) olması;
  • kəskinləşmə mərhələsində olan iltihab prosesi;
  • bədən temperaturunun yüksək olması;
  • bronxial astma (ağır formada);
  • qan laxtalanma pozuntuları (yüksək qanaxma dərəcəsi, qanaxmalara meyllik);
  • dəri patologiyaları (ekzema, dermatit);
  • dəri örtüklərinin həssaslığının pozulması;
  • dərman araqatlarının qoyulduğu nahiyədə mexaniki zədələr (kiçik yaralar, kəsiklər, sıyrıqlar);
  • orqanizmin elektrik cərəyanı qəbul etməməsi;
  • elektroforez vasitəsilə tətbiq edilməsi tələb olunan dərman preparatına qarşı allergiya.

PROSEDURUN NƏTİCƏLƏRİ

Cərəyan impulslarının sayəsində, təsir zonasında qanın, limfanın hərəkəti güclənir, mübadilə prosesləri, toxumaların (sinir, sümük, birləşdirici toxumaların) regenerasiyası aktivləşir. Cərəyanın təsiri sayəsində, tətbiq nahiyəsindəki sahələr dərman vasitələrinin tətbiqinə və dərman terapiyası nəticələrinin yaxşılaşdırılmasına qarşı həssaslaşır.