OTAQ

SEÇ

Yod-brom vannası



PROSEDURUN TƏSVİRİ

Sanatoriya-kurort müalicəsində yodlu-bromlu vannalar geniş istifadə olunur. Orqanizmin yod və bromla vanna qəbul etmək yolu ilə zənginləşdirilməsi müxtəlif ginekoloji xəstəliklərin, dayaq-hərəkət aparatı, oynaq xəstəliklərinin, habelə, müxtəlif endokrin, mədə-bağırsaq yolu, uroloji xəstəliklərin, sonsuzluğun, ürək-damar və dəri xəstəliklərinin müalicəsi zamanı geniş istifadə olunur. Naftalan vannasına qarşı əks göstərişlər olduğu halda, alternativ müalicə kimi yodlu-bromlu vanna təyin olunur.

Yodlu-bromlu vanna kursu 7 prosedurdan 10 proseduradək olmaqla təyin edilir. Yodun və bromun müalicəvi xüsusiyyətləri sayəsində, orqanizm sakitləşir, əhval-ruhiyyə və yuxu yaxşılaşır.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Kurs, adətən, gündə 10-15 dəqiqə olmaqla, 7-10 prosedurdan ibarət olur. Pasiyent yodun miqdarının ən azı 5.5 - 6 mq/l olan isti suya daxil edilir, yodun miqdarı isə ən azı 25-27 mq/l olmalıdır. Suyun temperaturu rahatlıq verir: 36,4 - 37°С.

PROSEDURUN TƏTBİQ EDİLMƏSİ MƏQSƏDİ

Yodlu-bromlu vannalarla müalicə nəticəsində, metabolizm sürətlənir, iltihab əleyhinə, sedativ və ağrıkəsici effektlər göstərilir.

Brom əzələlərə sakitləşdirici təsir göstərir ki, bu da radikulitlər, lümbalgiya, poliartritlər və Bexterev xəstəliyi zamanı ağrının azalmasına gətirib çıxarır. Yodun antibakterial və yara sağaldıcı xüsusiyyətləri psoriaz, atopik dermatit (neyrodermit, ekzema) kimi dəri xəstəliklərinin müalicəsi üçün tətbiq olunur. Yod atomları həmçinin T3, T4 hormonları üçün tikinti materialı təşkil edir ki, bu da qalxanabənzər vəzinin fəaliyyətinin normallaşmasına səbəb olur. Hipotireozla mübarizə zamanı məhz yodlu-bromlu vannalar istifadə olunur. Göstərişlərdə, həmçinin, bir sıra mərkəzi və periferik sinir sistemləri xəstəlikləri, nevrit, işialgiya, bel-oma radikuliti var.

Yodlu-bromlu vannaların qəbuluna dair əks göstərişlər:

  • Qalxanabənzər vəzinin hiperfunksiyası (hipertireoz, tireotoksikoz, diffuz toksik ur).
  • İnkişaf edən stenokardiya, III dərəcəli hipertonik xəstəlik, ürək ritminin ağır pozuntuları.
  • Tənəffüs orqanlarında, mədə-bağırsaq yolunda, sidik ifrazı sistemində dekompensasiya mərhələsində problemlər.
  • Xroniki xəstəliklərin kəskinləşməsi.
  • Yoluxucu xəstəliklər.
  • Piylənmənin hipofizar forması.
  • Podaqra.
  • Qanaxmaya meyllik.
  • Epilepsiya. 
  • Bədxassəli şişlər.
  • Artım tendensiyası olan xoşxassəli şişlər.
  • İnkişaf edən qlaukoma.
  • Orqanizmin fərdi olaraq I və Br qəbul etməməsi.
  • Hamiləlik.
  • Aydın şəkildə ifadə olunan leykopeniya simptomu. 

PROSEDURUN NƏTİCƏLƏRİ

Bir neçə prosedurdan sonra hiss olunan effekt: oynaqlardan ağrıların azalması, yuxunun normallaşması, ayaqlarda ağırlığın azalması, arterial təzyiqin sabitləşməsi, dəri regenerasiyasının sürətlənməsi.

PROSEDURUN DAXİL EDİLDİYİ MÜALİCƏ TƏKLİFLƏRİ

Naftalan vannasına qarşı əks göstərişlər olduğu zaman aşağıda qeyd olunan müalicə təklifləri ilə yodlu-bromlu vanna proseduru təyin edilir:

✓"RELAX MÜALİCƏ PAKETİ"

✓"ANTİSTESS MÜALİCƏ PAKETİ"

✓"POST COVID-19 MÜALİCƏ PAKETİ"

✓"PSORİAZ MÜALİCƏSİ"

✓"ARTRİT MÜALİCƏSİ"

✓"ARTROZ MÜALİCƏSİ"

✓"OSTEOXONDROZ MÜALİCƏSİ"

✓"İMMUNSTİMULLAŞDIRICI MÜALİCƏ PAKETİ"

✓"PROFİLAKTİK MÜALİCƏ PAKETİ"