OTAQ

SEÇ

Tibb Mərkəzi



Sanatoriya-kurort müalicəsi amilləri kompleksinə, hər şeydən öncə, mühitin dəyişdirilməsi və xəstənin adi əmək və məişət şəraitindən çıxarılması, təbii şərait və kurort landşaftı xüsusiyyətləri daxildir. Həddindən çox yorulmanın və stressin nəticəsi olan yorğunluq və kədər Naftalan kurortlarında sanatoriya-kurort müalicəsi üçün əsas göstərişlərdən biridir. Uroloji mərkəz bazasında erektil disfunksiyaların müalicəsi üzrə xüsusi aparat fizioterapiyasının tətbiqi ilə tibbi texnologiyalar, habelə, maqnit-lazer terapiyası uğurla istifadə olunur. İltihab əleyhinə, stimullaşdırıcı, ağrıkəsici effektlərə malik olan CMT terapiya. Çox yüksək tezlikli terapiya və s. Kompleksdə zalda və hovuzda kişi cinsiyyət orqanları xəstəlikləri zamanı müalicəvi bədən tərbiyəsi, pəhriz terapiyası, terrenkur istifadə olunur. Oynaq xəstəliklərinin naftalan terapiyası patogenetik terapiyadır ki, onun effektivliyinin artırılması üçün, naftalan müalicəvi tədbirlər kompleksində istifadə olunur ki, bura həmçinin fiziki və dərman amilləri daxildir. Naftalan iltihab proseslərinin çəkilməsinə, ağrının azalmasına, sinir və retikuloendotelial sistemlərə təsir nəticəsində qan dövranının yaxşılaşmasına səbəb olur ki, onlar orqanizmin qoruyucu proseslərində əhəmiyyətli rol oynayır. Naftalan xondroitinsulfatın sintezini normallaşdırır, yeni qığırdaq hüceyrələrinin artımını stimullaşdırır ki, bu da oynaq qığırdaqlarının bərpa olunmasına səbəb olur. Daha kəskin terapevtik effekt kompleks sanatoriya-kurort müalicəsi zamanı müşahidə olunur ki, bura naftalan terapiyası, masaj, fiziomüalicə, müalicəvi bədən tərbiyəsi daxildir. Məqsədyönlü müalicə gedişatında patoloji hallar reqressə məruz qoyulur: əzələ spazmı azalır, əllənmə zamanı ağrılıq azalır, damarların funksional blokadası aradan qalxır. Bütün bunlar hərəkətlərin həcminin artmasına və ağrı hissinin azalmasına gətirib çıxarır. Belə ki, skolioz zamanı palçıq müalicəsinin, balneoterapiyanın, hidroterapiyanın, manual terapiyanın və əzələlərin postizometrik relaksasiyasının, klassik masajın, fiziomüalicənin tətbiqi ilə kompleks konservativ müalicə üsulu daha çox nəticə verir. "Çinar" sanatoriyasında bunun üçün lazım olan bütün şərait var.