OTAQ

SEÇ

Naftalan Nefti


XİDMƏTLƏR

Naftalan neftinin xüsusiyyətləri

Naftalan nefti, yaxud sadəcə naftalan, dəriyə hoparaq, kapillyar qan axınına müsbət təsir göstərir, xırda damarlarda dövran yaxşılaşır, qan damarları genişlənir, qanın laxtalanma qabiliyyəti aşağı düşür, fermentiv proseslərin aktivliyi artır, həmçinin, naftalan iltihab əleyhinə təsirə malikdir. Naftalanın müxtəlif xəstəliklərlə bağlı effektivliyi 1600-dən çox elmi əsər və monoqrafiyalarla sübut olunub. Naftalan 70-dən çox müxtəlif spesifikasiyalı xəstəliyin profilaktikası və müalicəsi üçün vasitədir və peşəkarların əllərində 92% halda effektiv olur. Naftalan neftinin tərkibində mövcud olan maddələrin, o cümlədən, naftalan karbohidrogenlərinin, kaliumun, kalsiumun, maqneziumun, yodun, xlorun, kalsium karbonatın və sinkin, terapevtik təsirinin sayəsində, siz sağlamlığınızı geri qaytara biləcəksiniz. Naftalan vannaları müalicəvi məqsədlə həftədə 4-5 dəfə bir neçə dəqiqə ərzində, naftalanın temperaturu 37-38 °C olmaqla qəbul edilir. Daha sonra, neft bədəndən sabun və təbii qələvi quyu suyu vasitəsilə, 34-36 °C temperatur şəraitində götürülür, daha sonra isə otaqda, 1-2 saat ərzində istirahət etmək lazımdır. Pasiyentlərin müalicəsi üçün, naftalan nefti ilə yanaşı, həmçinin, günəş vannaları, fizioterapiya, müalicəvi gimnastika, mineral sular və sağlam qidalanma istifadə olunur.