Suite 210 AZN
/ Gecə

Suit otaqların sahəsi 80 m2, bu nömrələr 2 otaqlıdır (bir yataq otağı və bir salondan ibarətdir) Suit otaqlarda 81 və 101 dioqanallı 2 LCD televizor, telefon, minibar, şəxsi seyf, mərkəzi kondisioner sistemi mövcuddur. Vanna otağı duş-cakuzidir və  vanna otağında fen mövcuddur. Suit otaqların hamısı french (tək böyük yataq) yataqlıdır. Otelin 4 Suit otağı mövcuddur. Suite otaqlarda maksimum 3 böyük və 1 uşaq yerləşdirmək olur.      


Standart 143 AZN
/ Gecə

Standart otaqların sahəsi 19m2, Standart otaqlarda 81 dioqanal LCD televizor, telefon, minibar, şəxsi seyf,  mərkəzi kondisioner sistemi mövcuddur.  Vanna otağı duş-kabindir və vanna otağında fen mövcuddur. Standart otaqların bir qismində yataqlar french (iki nəfərlik tək böyük yataq), digər qismində isə twin-dir (bir nəfərlik iki ayrıca yataqlar). Otelin 59 Standart otağı mövcuddur.Standart otaqlarda maksimum 2 böyük və 1 uşaq (6 yaşa qədər) yerləşdirilir.


Superior 169 AZN
/ Gecə

Superior otaqların sahəsi 38m2, Superior otaqlarda 81 dioqanal LCD televizor, telefon, minibar, şəxsi seyf, mərkəzi  kondisioner sistemi mövcuddur. Vanna otağı duş-vannadır və vanna otağında fen mövcuddur. Superior otaqların bir qismində yataqlar french (iki nəfərlik tək böyük yataq), digər qismində isə twin-dir (bir nəfərlik iki ayrı yataqlar). Otelin 100 Superior otağı mövcuddur.Superior otaqlarda maksimum 3 böyük və ya 2 böyük + 1 uşaq (yaş fərqi yoxdur) yerləşdirilir.                                                                                


Deluxe Suite 720 AZN
/ Gecə

Delüks otaqların sahəsi 120 m2, bu nömrələr 3 otaqlıdır (iki yataq otağı və bir salondan ibarətdir) Delüks otaqlarda 81 və 101 dioqanallı 3 ədəd LCD televizor, telefon, minibar, şəxsi seyf, mərkəzi kondisioner sistemi mövcuddur. Vanna otaqları duş-cakuzidir və vanna otaqlarında fen mövcuddur. Delüks nömrənin yataq otağının biri french (tək qoşa yataq) və digər yataq otağı twin (iki ayrı yataq) yataqlıdır. Otelin 6 Delüks nömrəsi mövcuddur. Delüks otaqlarda maksimum 5 böyük və 1 uşaq yerləşdirmək  olur.


King Suite 1350 AZN
/ Gecə

King Suit – sahəsi 200m2 olmaqla 4 otaqlıdır – iki yataq otağı və iki salondan ibarətdir. King Suite-in iki hamamından birində  xüsusi olaraq King Suite üçün nəzərdə tutulmuş  duş-kabin, digərində isə cakuzi mövcuddur. King Suite otaqlarında Otelin hər iki tərəfinə mənzərəsi olan balkonlar mövcuddur. Bu balkonlardan biri şəhər, digəri isə dağ mənzərəsi istiqamətindədir. Yataq otaqlarından biri french, digəri isə twin yataqlı otaqlardır. King Suite-in bütün otaqlarında 108 dioqanal LCD Televizorlar qoyulub. Salonlarındakı yumşaq mebel dəstləri xüsusi zövqlə məhz King Suite üçün seçilib. Bunlardan əlavə nömrədə telefon, minibarlar, şəxsi seyf, mərkəzi kondisioner  sistemi mövcuddur. King Suit –də maksumum 6 böyük və 2 uşaq yerləşdirmək olar.