Naftalan nefti və müalicə istiqamətləri haqqında

Naftalan nefti qatı konsentrasiyalı, qara-qəhvəyi rəngli özünəməxsus ətirli mayedir. Naftalan neftinin əsas təsiredici maddəsi naften karbohidratlarıdır. Bu neft ağrıkəsici, iltihab əleyhinə, damargenişləndirici, antiallergik, mübadilə proseslərinin intensivliyini aktivəşdirən xüsusiyyətlərə malikdir. Bundan başqa Naftalan neftinin spermatogenez proseslərinin stimuledici, ovulyasiya və ovogenez proseslərinin tezləşdirici xassələri də mövcuddur. Naftalan nefti ilə 70-dən çox xəstəliyin müalicəsi aparılır. Əsas müalicə istiqamətləri aşağıdakılardır :

1) Oynaq xəstəlikləri və dayaq hərəkət aparatının yumşaq toxuma oynaqlarının  xəstəlikləri:
• Revmatik poliartrit (minimum dərəcədə aktiv olan passiv fazada Sokol buyno xəstəliyi)
• İnfeksion qeyri spesifik poliartrit (minimum dərəcədə aktiv olan passiv fazada)
• İnfeksion spefisik artrit (polibruselyoz, dizenteriya, viruslu)
• Deformasiyaedici sonrakı osteoartroz (travma zəminində)
• Fəqərələrarası osteoxondroz
• Deformasiyaedici spondilez, spondiloartroz
• Artrit, digər xəstəliklərlə əlaqəli artroz: podaqra poliartriti, xoşxassəli peşə poliartriti, vibrasiya xəstəlikləri
• Oynaqdankənar yumşaq toxuma və dayaq hərəkət aparatı xəstəlikləri: bursit, tendovaginit; periartrit, miozit, mialgiya, miofassit
• A0, A1, A2 revmatoid poliartrit, Bexterev xəstəliyi

2) Sinir xəstəlikləri:
• Üçlü sinir, ənsə siniri, oturaq siniri nevralgiyaları, qabırğaarası nevralgiya
• Üz siniri, mil siniri, dirsək siniri, bud siniri, qamış və kiçik baldır siniri nevritləri
• Bel oma radikuliti
• Çiyin pleksiti və boyun çiyin radikuliti


3) Cərrahi xəstəliklər:
• Endoartrit 1 ci və 2 ci mərhələ (aşağı ətraf oynaqların obliterasiyaedici aterosklerozu)
• Reyn xəstəliyi
• Flebitlər (kəskin olmayan)
• Tromboflebitlər (kəskin olmayan)
• Xroniki epididimit
• Xroniki osteomielit (kəskin olmayan)
• Yanıqdan sonra keloid çapıqlar
• Aşağı ətrafların trofik xoraları

4) Ginekoloji xəstəliklər
• Andneksit , salpinqooforit
• Parametrit
• Endometrit
• Xroniki residivləşən servisit , kolpit
• Amenoreya , uşaqlığın tam inkişaf etməməsi
• Yumurtalıqların disfunksiyası
• İlkin və sonrakı sonsuzluq
• Klimakterik sindrom
• Çanaq peritoneal bitişmələr


5) Dəri xəstəlikləri
• Sabit mərhələdə psoriaz
• Kəskin olmayan nevrodermatoz
• Xroniki residivləşən ekzema quru
• Qırmızı yastı dəmrov
• Sklerodermiya
• Seboreya


6) Uroloji xəstəliklər
• Prostatit , uretrit
• Kişi sonsuzluğu

7) Uşaq xəstəlikləri
• Uşaqlarda revmatoid artrit , passiv mərhələ , still sindromu
• Kiçik xoreya
• USP fəsadları
• Dərinin allergik xəstəlikləri


8) Qulaq , burun , boğaz xəstəlikləri
• Tonzillit
• Faringit
• Laringit
• Rinit
• Sinusit
• Haymorit
• Frontit

Naftalan nefti ilə müalicəyə əks göstərişlər:

  1. Kəskin oynaq xəstəlikləri;
  2. Orqanik mərkəzi sinir sistemi xəstəlikləri;
  3. Bədxassəli və xoşxassəli şişlər (istənilən nahiyədə);
  4. Kəskin ginekoloji xəstəliklər;
  5. İstənilən orqanın vərəmi;
  6. II və III dərəcəli qan dövranı pozulması;
  7. III dərəcəli hipertoniya xəstəliyi;
  8. Stenokardiya tutmaları ilə II və III dərəcəli xroniki ürək çatışmazlığı, anamnezdə miokard infarktı;
  9. Titrəyən aritmiya, paroksizmal taxikardiya;
  10. İstənilən mənşəli ifadə olunmuş anemiya;
  11. Kəskin nefrit və nefrozlar;
  12. İstənilən etiologiyalı qaraciyər çatışmazlığı;
  13. Psixi xəstəliklər;
  14. Epilepsiya;
  15. Zöhrəvi xəstəliklər;
  16. Bütün qan xəstəlikləri;
  17. Hamiləlik və laktasiya dövrü